Naxçıvanın "Qızıl kitabı"a adları yazılmış gənc istedadlarının aylıq təqaüdünün məbləği artırılıb

Naxçıvanın "Qızıl kitabı"a adları yazılmış gənc istedadlarının aylıq təqaüdünün məbləği artırılıb
23:32 23 Fevral 2018
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 30 manat artırılıb.
"Report"un məlumatına görə, bununla bağlı sərəncamı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.
Sərəncama əsasən muxtar respublikanın “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 150 manat müəyyən edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/naxcivanin-qizil-kitabi-a-adlari-yazilmis-genc-istedadlarinin-ayliq-teqaudunun-meblegi-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR