Rusiyalı idmançı Mingəçevirdə intihara cəhd edib

Rusiyalı idmançı Mingəçevirdə intihara cəhd edib
23:47 23 Fevral 2018
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 23 fevral. REPORT.AZ/ Mingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.
Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi özünü doğrayaraq intihara cəhd edib.
Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.
Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyali-idmanci-mingecevirde-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR