Xızıda VƏHŞİLİK: Sürücünü döydülər, maşını ilə 200 metr sürüdülər

Xızıda VƏHŞİLİK: Sürücünü döydülər, maşını ilə 200 metr sürüdülər
00:38 24 Fevral 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər.

Hadisə "Giləzi Quşçuluq fabriki"ndə baş verib.

Belə ki, həmin fabrikdə sürücü kimi çalışan 1955-ci il təvəllüdlü Mail Məhərrəm oğlu Əliyev bir neçə şəxs tərəfindən döyülüb. Məlumata görə, M. Əliyev fabrikdə çalışan şəxslərlə mübahisə edib.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Həmin şəxslər sürücünü döydükdən sonra onu öz avtomobilinə bağlayaraq, təxminən 200 metr sürüyüblər.

63 yaşlı kişi ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/232300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR