Tramp miqrantları növbəti dəfə aşağıladı

Tramp miqrantları növbəti dəfə aşağıladı
01:18 24 Fevral 2018
145 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara gələn miqrantları növbəti dəfə aşağılayaraq onları sinədə bəslənilən ilana bənzədib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri ona Amerikanı sevən və işləyən insanların lazım olduğunu bildirib.

Vaşinqtonda islahatçıların qarşısında çıxış edən prezident miqrasiya mövzusuna toxunarkən əmin edib ki, o, ölkəyə gələrək işləyən insanları sevir. Hansılar ki, onlar da amerikalıları sevir, təhlükəsizliklərini və birliklərini istəyirlər.

"Mən istəyirəm ki, bu ölkəyə böyük insanlar gəlsinlər və istəmirəm ki, onlar belə gəlsinlər, necə ki, bunu indi edirlər. Mən töhfə (ölkənin inkişafına -red) verən insanları istəyirəm", - deyə Tramp bildirib.

O, amerikalıların qanunsuz miqrantların törətdikləri cinayətlərin qurbanı olmasından misallar gətirib. Daha sonra prezident döş cibindən kağız çıxarıb və zala müraciət edib: "Bu "ilan" adlanır və miqrasiya kontekstində bu haqda düşünün". (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/232302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR