Mingəçevirdə özünə qəsd edən rusiyalı idmançının kimliyi məlum olub

Mingəçevirdə özünə qəsd edən rusiyalı idmançının kimliyi məlum olub
01:52 24 Fevral 2018
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 24 fevral. REPORT.AZ/ Mingəçevirdə özünə qəsd edən rusiyalı idmançının kimliyi məlum olub.
"Report"un Şirvan bürosu xəbər verir ki, bu, Aleksandr Aleksandroviç Lyubotirovdur.
İlkin məlumata görə, o, sağ qolunu və digər qol nahiyələrini kəsərək bilinməyən səbəbdən özünə qəsd edib. Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.
Faktla bağlı araşırma aparılır.

***23:42
Mingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.
Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib.
Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.
Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-ozune-qesd-eden-rusiyali-idmancinin-kimliyi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR