İsrail hərbçiləri Qəzzada 22 fələstinlini yaralayıb

İsrail hərbçiləri Qəzzada 22 fələstinlini yaralayıb
03:27 24 Fevral 2018
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ İsrail əsgərləri Fələstinin Qəzza bölgəsində ABŞ-ın Qüdslə bağlı qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 22 fələstinlini yaralayıb.
"Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qedra bildirib.
O, qeyd edib ki, 7 fələstinli Jabaliada, 6 nəfər Qəzzada, 5 etirazçı Bureijdə, 4 nəfər isə Han Yunus ərazisində xəsarət alıb.
Qeyd edək ki, artıq bir neçə aydır ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi qərarına etiraz olaraq Qəzzada etiraz aksiyaları keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srail-herbcileri-qezzada-22-felestinlini-yaralayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR