Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşdi

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşdi
03:48 24 Fevral 2018
130 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının (AL) 1/16 final mərhələsində cavab matçlarının ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, UEFA-nın apardığı səsvermənin qalibi “Latsio”nun hücumçusu Çiro İmmobile olub.

“Styaua” ilə qarşılaşmada (5:1) het-trikə imza atan İmmobile oyunla yanaşı, həftənin qəhrəmanı seçilib. Azarkeşlər arasında aparılan sorğunun qalibi olan forvard 49% səs toplayıb.

Onu “Milan”ın hücumçusu Fabio Borini (32%) və “Atletiko”nun forvardı Kevin Qameyro (15%) izləyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/232306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR