Bakıda mənzildə partlayış: 5 yaralı

Bakıda mənzildə partlayış: 5 yaralı
03:49 11 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildə partlayış olub, xəsarət alanlar var. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  yanğınla nəticələnən partalyış şəhərin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb. Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar  müvafiq  qurumlar  tərəfindən  təhqiqat  aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR