Azərbaycanda dəhşət: 7 otaqlı evdə müəmmalı yanğın, 2 meyit tapıldı

Azərbaycanda dəhşət: 7 otaqlı evdə müəmmalı yanğın, 2 meyit tapıldı
11:14 24 Fevral 2018
108 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda ikimərtəbəli evdə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı və digər otaqda divan qismən yanıb. Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR