Kürd kanalı ilə bağlı qərar

Kürd kanalı ilə bağlı qərar
04:06 11 Yanvar 2015
183 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə ilk sırf kürd televiziya kanalı olan “TRT 6”nın adı dəyişdirilib.

ANS PRESS-in məlumatına görə, altı yaşını qeyd edən “TRT 6” televiziyası yeni ildə yeni adı ilə izləyicilərini sevindirib.

Kanalın ad günündə çıxış edən TRT-nin Baş direktoru Şenol Göka gözlənilməz açıqlama verib. O bildirib ki, bundan sonra “TRT 6” televiziyası “TRT Kürdi” adı altında yayımlanacaq.

“TRT 6” TV-nin rəsmi “Twitter” səhifəsindən verilən açıqlamada ad dəyişikliyi həm türkcə, həm də kürdcə izləyicilərin nəzərinə çatdırılıb.

Qeyd edək ki, sözügedən telekanal 2009-cu ildə fəaliyyətə başlayıb. Məqsəd isə Danimarkadan yayımlanan özəl “ROJ-TV” kürd kanalının təsirini azaltmaq idi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR