Terrorçulardan XAİN PLAN - Qocaları bombaya bağlayıb pusqu qururlar

Terrorçulardan XAİN PLAN - Qocaları bombaya bağlayıb pusqu qururlar
12:18 24 Fevral 2018
172 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərəkatı çərçivəsində daxil olduğu Afrinin Maskah kəndində şok hadisə ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, əsgərlər bir evin zirzəmisində 4 nəfər 80-90 yaşlı kəndlini mina və bombaya bağlanmış şəkildə tapıblar.

Partlayıcılar minatəmizləyən və kustar üsulla hazırlanan bombaların məhv edilməsi komandaları tərəfindən zərərsizləşdirilib. Dinc sakinlər təhlükəsiz bir şəkildə bölgədən çıxarılaraq polis məntəqəsinə aparılıb.

Bu hadisə YPG/PKK terror təşkilatının Afrindəki dinc əhalini silah gücü ilə qaçıraraq qalxan kimi istifadə etməsinin sübutu olub.

Bundan başqa, kənddə ümumilikdə 12 bomba şəbəkəsi tapılıb.

Qeyd edək ki, Maskah kəndi dünən TSQ və ASO qüvvələri tərəfindən terrorçulardan azad edilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/232335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR