Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək
13:27 24 Fevral 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soylu Bakı Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/628309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR