Bakıda mənzildən kişi meyiti tapılıb - FHN

Nəsimi rayonunda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1966-cı il təvəllüdlü Sultanov Elman İsayeviçin meyitini aşkarlayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Çox insanın bu heykəldən xəbəri belə yoxdur - Elə yerdədir ki.../ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR