"Qəbələ" Azərbaycan Premyer Liqasında 7 turdan sonra məğlub olub

"Qəbələ" Azərbaycan Premyer Liqasında 7 turdan sonra məğlub olub
18:07 24 Fevral 2018
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Səbail" və "Qəbələ" klubları üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 25-ci dəqiqədə "Səbail" "Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun öz qapısına vurduğu qolla açıb. 56-cı dəqiqədə Fəhmin Muradbəyli fərqi artırıb. Qonaq komanda təsəlli qolunu 68-ci dəqiqədə vurub. Çempionatın bombardiri Baqali Dabo fərqlənərək, aktivindəki topların sayını 11-ə çatdırıb.
Beləliklə, "Qəbələ" Premyer Liqada 7 turdan sonra məğlubiyyətlə üzləşərək, çempionluq yolunda zərbə alıb. "Qırmızı-qaralar" sonuncu dəfə X turda səfərdə "Zirə"yə elə eyni hesabla uduzmuşdular. Hazırda bu komanda 35 xalla 2-ci pillədədir. 5 turdan sonra növbəti qələbəsini qazanan "Səbail" isə xallarını 17-yə çatdırsa da, 6-cı pillədə qalıb.
Qeyd edək ki, günün digər oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək. Tura isə sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-azerbaycan-premyer-liqasinda-7-turdan-sonra-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR