Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada aksiya keçirilib

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi fevralın 24-də Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Qraben küçəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

Metbuat.az xəbər verir ki, Küçədə qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. İştirakçılar üzərində “Xocalıya ədalət!” sözləri yazılmış böyük ölçülü plakatla meydandan keçən insanların diqqətini aksiyaya yönəldib, Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar.

Dərnəyin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər. Onlar Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə informasiya vərəqələri ilə yanaşı, matəmin rəmzi olaraq qərənfillər də paylayıblar.

Aksiya çərçivəsində Vyana Musiqi və İncəsənət Universitetinin tələbəsi Puria Osanlı skripkada matəm musiqisi ifa edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR