​İvanka Tramp Cənubi Koreyada səfərdədir

ABŞ prezidenti Donald Trampın qızı və "Ağ ev"in aparıcı müşaviri İvanka Tramp Pxençxan Qış Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edəcək.

Metbuat.az-ın məlumatına görə, o ABŞ nümayəndə heyətinə rəhbərlik etmək üçün Cənubi Koreyaya səfər edib. Cənubi Koreya prezidenti Mun Çje-in ilə şam yeməyində iştirak edəcək İvanka, siyasi toplantılara qatılmayacaq.

İvanka Trampın nə Şimali Koreya nümayəndə heyəti ilə görüşmək nə də ki, Şimali Koreya repressiyalarından qaçmış şəxslərlə görüşməklə bağlı planı yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR