Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 45-ə çatıb

Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 45-ə çatıb. Daha onlarla insan yaralanıb.

Metbuat.az-ın məlumatına görə, prezident sarayının yaxınlığında bir neçə dəqiqə fasiləylə iki minalanmış avtomobil partladılıb.Ardınca isə atışma səsləri eşidlib. Dərhal hərəkətə keçən təhlükəsizlik əməkdaşları hücumu təşkil edən 5 terrorçunu zərərsizləşdirib.

Bir neçə silahlı isə aradan çıxmağa müvəffəq olub.Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR