​ABŞ-ın Qüds barədə addımları son dərəcə narahatlıq doğurur -

ABŞ-ın Qüds barədə addımları son dərəcə narahatlıq doğurur.

Metbuat.az-ın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Vaşinqton səfirliyi Qüdsə köçürməsi vəziyyəti daha da gərginləşdirəcək. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının Qüds barədə qətnamələrinə zidd hərəkət edən Vaşinqton, sülh mühitini pozmaqda israr edir.

Qeyd edək ki, Dövlət Departamenti May ayının 14-də Təl-Əvivdəki səfirliyin Qüdsə köçürüləcəyini açıqlayıb. Səfirliyin açılışı İsrailin 70 illiyinə həsr olunacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR