Tərtərdə su kanalından 400 ədədə yaxın güllə aşkar olunub

Tərtərdə su kanalından 400 ədədə yaxın güllə aşkar olunub
20:17 24 Fevral 2018
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Tərtər rayonu, Seydimli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 384 ədəd 7.62 mm-lik güllə (T-46 LPS) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş güllələrin ətrafında 350 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/terterde-su-kanalindan-400-edede-yaxin-gulle-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR