Samir Əliyev: "Bəlkə də, bundan sonra "Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq"

Samir Əliyev: "Bəlkə də, bundan sonra "Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq"
20:52 24 Fevral 2018
107 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ "Qəbələ” kimi komandaya qalib gəlmək gözəl hissdir. Qalib gəlsək də, səviyyə fərqi görünürdü. Hələ öz üzərimizdə çox çalışmalıyıq. Qarşıda bizi Gəncədə "Kəpəz”ə qarşı çətin oyun gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq".
"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
Komanda qış fasiləsindən sonra ciddi rəqiblərə qarşı yaxşı oyun sərgilədi...
- Biz çalışırıq ki, komanda oyundan-oyuna daha yaxşı çıxış etsin. Futbolçular da bunun üçün çalışırlar. Bəlkə də, bundan sonra "Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq. "Saraqosa” da "Barselona”nı 5 ildə bir dəfə məğlub edir. Səhvlərimiz var idi. Bunun üzərində çalışacağıq.
Dediniz ki, komandanın səhvləri var idi. "Səbail"in yaxşı səviyyəyə çatması üçün nə qədər vaxt lazımdır?
- Bunun üçün əsas əlimdə yaxşı "material”ın olmasıdır. Elə oyunçu var ki, adını çəkməyəcəyəm, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə oyunçular var ki, məsələn, Fəhmin Muradbəyli "Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 oyunda 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir.
Bəhs etdiyiniz səhv edən futbolçu növbəti oyunlarda şans qazanacaq?
- Təbii ki, yox.
Bu, gürcü legioner Nikoloz Apakidzedir?
- Bəli. Meydanda mübarizə aparır, ancaq səhvləri var.
Kərim Diniyev bu gün niyə oynamırdı?
- Onun zədəsi var. Həm də onu "Kəpəz”lə oyun üçün qoruyuruq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samir-eliyev-belke-de-bundan-sonra-qebele-ye-qarsi-5-oyun-sergilesek-hamisini-uduzariq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR