Göygöldə oğul qısqanclıq zəminində anasını bıçaqlayıb

Göygöldə oğul qısqanclıq zəminində anasını bıçaqlayıb
21:37 24 Fevral 2018
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Göygöl şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Qərb bürosu xəbər verir ki, 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı öz oğlu tərəfindən bıçaqlanıb.
Məlumata görə, hadisə mübahisə zəminində qeydə alınıb. Ana qonşuya qaçmaq istəsə də, oğlu onların evi yaxınlığında anasına çatıb və qadını qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin dəqiq hansı səbəbdən törədildiyi isə araşdırılır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygolde-ogul-qisqancliq-zemininde-anasini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR