Britaniyalı aktrisa Emma Çambers vəfat edib

Britaniyalı aktrisa Emma Çambers vəfat edib
02:22 25 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Britaniyalı aktrisa Emma Çambers 53 yaşında dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə onun agenti Con Qranta istinadən "The Guardian" qəzeti yazıb.
"Kədər hissi ilə aktrisa Emma Çambersin öldüyü bildiririk", - deyə qəzet Qrantın sözlərini sitat gətirib.
O qeyd edib ki, Çambers "təbii səbəblərdən" vəfat edib.
"Bir çox illər ərzində Emma xeyli obraz yaradıb və böyük işlər görüb. O, bir çoxlarına sevinc və kədər hissi bəxş edib və onların qəlbində yeri görünəcək", - deyə aktrisanın agenti əlavə edib.
Çambers "Diblidən olan yepiskop" kino komediyasında və "Nottinq Hill" filmindəki rolları ilə məşhurdur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/britaniyali-aktrisa-emma-cambers-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR