Londonda “Xocalı Uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib

Londonda “Xocalı  Uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib
06:12 25 Fevral 2018
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ 2018-ci ilin 24 fevral tarixində Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə diplomatik nümayəndəliyin binasında London Azərbaycanlı Qadınlar Klubu tərəfindən Xocalı soyqırımına həsr olunmuş “Xocalı – Uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib.
“Report” xəbər verir ki, Azərbaycanın dövlət himni ilə başlamış sərgidə Britaniyada yaşayan azərbaycanlı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsm əsərləri nümayiş etdirilib.
Daha sonra tədbirin təşkilatçısı Sevil Aslanova çıxış edərək qonaqlara Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti barədə ətraflı məlumat verib.
Öz növbəsində Azərbaycanın Britaniyadakı Səfiri Tahir Tağızadə Sevil Aslanovaya təşəkkür etmiş və bugünki sərgidə məhz uşaqların əl işlərinin nümayiş edilməsini alqışlayaraq, Britaniyada yaşayan azərbaycanlı uşaqların bu cür vətənpərvər ruhda böyüməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Daha sonra uşaqların çəkdikləri rəsm əsərləri qonaqlara nümayiş olunmuş və uşaqlara Səfirlik adından hədiyyələr təqdim edilib.
Tədbirdə, həmçinin gənc ifaçı Ayda Müşərrəf “Sarı Gəlin” mahnısını ifa edib.
Sərgidə Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Milli Məclisin üzvü Cavanşir Feyziyev, London Azərbaycanlı Qadınlar Klubunun üzvü olan xanımlar və onların uşaqları, Səfirlik əməkdaşları və onların ailə üzvləri, eləcə də media nümayəndələri iştirak edib.












Xəbərin orijinal ünvanı: https://report.az/hadise/londonda-xocali-usaqlarin-gozu-ile-adli-resm-sergisi-teskil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR