BOK rusiyalı atletlərin Qış Olimpiadasının bağlanışında öz bayraqları ilə keçid etmələrinə icazə verməyb

BOK rusiyalı atletlərin Qış Olimpiadasının bağlanışında öz bayraqları ilə keçid etmələrinə icazə verməyb
10:07 25 Fevral 2018
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi rusiyalı idmançılara 2018-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi zamanı öz bayraqları altında keçid etmələrinə icazə verməyib.
“Report” xəbər verir ki, bu barədə qərar BOK-un Pxençxanda keçirilən sessiyası zamanı qəbul olunub.
Komitə üzvləri Rusiya Olimpiya Komitəsinə qarşı tətbiq edilən diskvalifikasiyanın tezliklə aradan qaldırılmasına yekdilliklə səs veriblər.
Bununla belə səsvermə zamanı müəyyən edilib ki, diskvalifikasiya Olimpiada-2018-in bağlanış mərasiminə qədər ləğv edilməyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bok-rusiyali-atletlerin-qis-olimpiadasinin-baglanisinda-oz-bayraqlari-ile-kecid-etmelerine-icaze-vermeyb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR