Boksçumuz "Strandja" turnirində bürünc

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.

Metbuat.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.

Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

"Beşiktaş" yoxsa "Fənərbaxça" ? - Həftənin derbisi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR