XXIII Qış Olimpiya Oyunları başa çatıb

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb.

Metbuat.az-ın məlumatına görə, Cənubi Koreyada keçirilən 4 illiyin ən böyük qış idman yarışı bir sıra rekordlarla yadda qalıb.

Belə ki, “Ağ Olimpiada”da “qızıl” qazanan ölkələrin sayında da rekord təkrarlanıb. Ötən gün finlandiyalı xizəkçi Yivo Niskanen çempion olmaqla ölkəsinin adını ən az bir qızıl medal qazananların siyahısına yazdırıb. Bununla da Pxençxanda himni səslənən 22-ci ölkə Finlandiya olub.

Bu isə Soçi-2014 Olimpiadasında qeydə alınan rekordun təkrarı olub.

Qeyd edək ki, turnirin ən çox medal qazanan ölkəsi Norveçdir. Skandinaviyalılar ümumilikdə 39 (14 qızıl, 14 gümüş və 11 bürünc) medalla bütün rəqiblərini qabaqlayıblar. İkinci yeri Almaniya (31 – 14,10, 7), üçüncü yeri isə Kanada (29 – 11, 8, 10) tutub.

Çaylardakı vəziyyətlə bağlı - Son məlumat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR