Azərbaycanda 21 yaşlı tələbə qız qaçırılıb

Ağcabədi rayonunda 21 yaşlı tələbə qız qaçırılıb.

Metbuat.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində baş verib.

Qızın anası Nazilə Musayeva "Report"a açıqlamasında qızı Sevinc Musayevanın zorla qaçırıldığını iddia edib. Artıq 3 gündür qızından xəbər ala bilməyən ana hüquq-mühafizə orqanlarına məlumat verib.

Məlumatda o da bildirilir ki, ehitimala görə, qızı İsmayıllı rayonundan Ağcabədiyə qonaq gələn şəxs qaçırıb.

S.Musayeva Müəllimlər İnstitunun Ağcabədi filialının 2-ci kurs tələbəsidir.

Magistraturaya qəbul imtahanı yekunlaşdı - DİM - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR