Netanyahu Avropa yəhudilərini İsrailə köçməyə çağırdı

Netanyahu Avropa yəhudilərini İsrailə köçməyə çağırdı
04:44 11 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Binyamin Netanyahu Fransadakı yəhudi mağazasına hücumdan sonra bu ölkədəki soydaşlarına müraciət edib. Musavat.com-un məlumatına görə, bu barədə Fransanın “Le Point” nəşri xəbər yayıb.

 

Baş nazir onlara xitabən İsrailin yəhudilərin “evi” olduğunu xatırladıb. “Fransanın, Avropanın bütün yəhudilərinə deyirəm ki, İsrail sadəcə, dualarınızda müraciət elədiyiniz yer deyil, İsrail dövləti həm də - sizin evinizdir”, - deyə o, qeyd edib.

 

Xatırladaq ki, yəhudi mağazasının azad edilməsi əməliyyatı zamanı 4 girov öldürülüb. Daha doğrusu, onlar hücuma kimi terrorçu tərəfindən qətlə yetirilib. Terrorçu özü də öldürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR