Məşhur aktyor iflic ola bilər - Həkimi açıqladı

Türkiyənin məşhur ulduzu Kadir İnanır haqda qəfil xəbər yayılıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, damar tutulmasından əziyyət çəkən aktyor fevralın 11-də beyin əməliyyatı keçirib. Ancaq onu daha bir təhlükəli əməliyyat gözləyir. Belə ki, aktyoru bu əməliyyatdan sonra iflic olma riski var.

İkinci əməliyyatı edəcək həkim Ergun Demirsoy jurnalistlərə açıqlamasında bunları deyib:

“Analizlər nəticəsində beyinə gedən şah damarda ciddi zədələnmə müşahidə edilib. Həmin damar tamizlənməlidir. Ancaq beyinə gedən bir damar olduğu üçün əməliyyat əsnasında iflic qalma riski var. O səbəbdən çox diqqətli olmalıyıq.”

Gözlənilən fraqman yayımlandı - Vəziyyət tam dəyişir / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR