Play Store

FED-in rəhbərindən XƏBƏRDARLIQ! - Bitkoinlə bağlı təhlükəli vəziyyət

ABŞ Federal Ehtiyat Sistemi (FED) Nyu-York şöbəsinin rəhbəri Uilyam Dadli (William Dudley) kriptovalyutalarla bağlı sualları cavablandırıb.

“Rəqəmsal valyutalara investisiya qoymaq böyük itkilərə səbəb ola bilər”.

Metbuat.az bildirir ki, bu barədə Uilyam Dadli “Wall Street” jurnalına açıqlamasında bildirib. FED-in rəhbəri qeyd edib ki, hazırda kriptovalyutaların dəyərində abstrak vəziyyət var. Elektron valyutaların həqiqi dəyərini anlamaq çox çətindir. Bu səbəblə, rəqəmsal valyutalara investisiya qoymaq böyük itkilərə səbəb ola bilər.

FED-in rəhbəri digər Mərkəzi Bank rəhbərlərinin kriptovalyutalarla bağlı etdiyi xəbərdarlığa da toxunub. O, fərdi investorları potensial ciddi təhlükə ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ötən ilin mart ayında 945 dollar olan bitkoin dekabr ayında 20 min dollara qədər yüksəldi. Lakin bu yüksəliş uzun çəkmədi. 2018-dən bitkoin sürətlə ucuzlaşmağa başladı. Hətta bu ilin fevral ayında 6 min dollara qədər endi. Hazırda isə virtual valyutanın dəyəri 10 min dollar civarındadır.

Xarici valyutaların manata qarşı - Məzənnələri – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR