Play Store

Afrinli kürd şahinləri YPG-yə qarşı vuruşacaq -"Zeytun budağı" əməliyyatı / VİDEO

Azad Suriya Ordusu (ASO) birləşmələrindən HəmzəTümeni tərəfindən yaradılan Kürd Şahinləri Tuqayı "Zeytun Budağı" əməliyyatında YPG/PKK-İŞİD-ə qarşı döyüşmək üçün hazırlıqlarını tamamlayıb.

Metbuat.az xəbər verir ki, "xüsusi qüvvələr" təhsili alan şahinlər terrorçularla mübarizə üçün sabah Afrinə doğru irəliləyəcəklər.

Tuqayın tərkibində 400 kürd, 200 ərəb döyüşçü var.

Onların Afrindəki şəhər mərkəzinin mühasirəsində iştirakı gözlənilir.

Əsgərlərinə Kürd dilində xitab edən Kürd Şahinləri Briqadasının Baş Komandanı Həsən Abdulla Kulli "Biz Azez bölgəsinin kürdləriyik. Biz Həmzə Tümeninin nümayəndələriyik. İnşallah Afrinə çatacağıq. İnşallah Afrindəki xalqımızı PKK zülmündən xilas edəcəyik".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR