Bakının nəhs avtobusu -13 NÖMRƏ - Növbəti "DAYANMAYACAQ" 20 Yanvar

13 nömrənin nəhs olduğuna 13 nömrəli avtobusdan istifadə zamanı inandım.

Səhər işə tələsirsinizsə və yolunuz 20 Yanvar dairəsindən Tbilisi prospekti istiqamətindədirsə, 13 nömrəli avtobusa minmək tövsiyə olunmur. Təbii ki, yer tapsanız. Təzə avtobus, nəğdsiz ödəniş, havalandırma sistemi, sürücü mədəniyyəti avtobusda standartların üstündə olsa da, intervalda yaranan boşluq sərnişinləri uzun müddətdir narahat edir. Təsəvvür edin, Bakı Beynəlxalq Avtovağzaldan başlayan avtobus 20 Yanvar dairəsinə qədərki 2 dayanacaqda tam olaraq dolur. Şansınız gətirsə, 3 və sonrakı dayanacaqlarda ona minə bilərsiniz. Bu da pik saatlarda mümkün bir məsələ deyil.

Dayanacaqda avtobusun gəlişini gözləyən sərnişinlər isə daim narazıdır. Sərnişin Anar Mürsəlov deyir ki, 20 Yanvar dairəsində 13 nömrəli avtobusa demək olar ki, minə bilmir:

"Səhər açılandan 3 avtobus keçib. Avtobus gec gəlir. Burada sərnişinlərin də günahı çoxdur. Hamı qabaq qapının ağzına yığışır. Arxa tərəfi boş olsa da, çəkilən yoxdur. Bunu kiməsə demək lazım deyil, hər bir mədəni insan özü başa düşməlidir. Görünür, bəzi sərnişinlərdə belə mədəniyyət formalaşmayıb."

13 nömrəli avtobusun daşıyıcı şirkəti olan “BakuBus” MMC sərnişinləri narahat edən problemlə bağlı Metbuat.az-a açıqlama verib. Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bidirib ki, 13 saylı marşrut xəttində intervallar 5-6 dəqiqə müəyyən edilib. Hətta günün pik saatlarında sərnişin çoxluğu nəzərə alınaraq intervallar daha aşağı salınır:

“Ancaq təəssüf ki, intervalların aşağı salınmasına baxmayaraq, bəzi avtobuslarımız pik saatlarında yaranan avtomobil sıxlığı və tıxaclarda dayanmaq, gözləmək məcburiyyətində qalır. Əlbəttə ki, bu da həmin saatlarda intervallarda vaxtın uzanmasına səbəb olur. Konkret göstərsək, 13 saylı marşrut avtobusları pik saatlarda əsasən Koroğlu metro stansiyası ərazisindəki dairədə, H.Əliyev pr., Tbilisi pr., Ak.H.Əliyev küç., K.Rəhimov küç. və Biləcəri dairəsi ərazisində tıxac və avtomobil sıxlığı səbəbindən ləngimələr yaşayır. Ancaq söhbət qısa bir zamandan gedir. Yollardakı sıxlıq səngiyən kimi dərhal intervallar da öz qaydaşına düşür”.

Xəyalə Məmmədova / METBUAT.AZ

FED-in rəhbərindən XƏBƏRDARLIQ! - Bitkoinlə bağlı təhlükəli vəziyyət – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR