Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar - BƏYANAT YAYIB

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.

Metbuat.az-ın məlumatına görə, bəyənatda deyilir: “1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücum edən erməni silahlı qüvvələri tərəfindən qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə azərbaycanlı vətəndaşı qətlə yetirilib, yaralanıb, mindən artıq adam itkin düşüb. İtkin düşənlərin aqibəti bu günə qədər bilinmir. Mülki əhaliyə yönəlmiş bu qeyri-insani hücum, bütün dünya ictimaiyyətinin xatirəsinə həkk olunub və vicdanlarında dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqlarının bir hissəsi Ermənistanın işğalı altındadır. Bir milyondan artıq azərbaycanlı öz ölkələrində qaçqın kimi yaşayır”.

Əlavə olaraq bildirilib ki, “Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın 26 il əvvəl Xocalıda qarşı-qarşıya qaldıqları vəhşicəsinə hücum və qırğını hər zaman ürəyimizin ən dərinlərində hiss edir, bu ağrını paylaşırıq. Bu qətliamı və Azərbaycan torpaqlarının işağl altında saxlanılmasını illərdir qətiyyətlə pisləyirik. Bütün azərbaycanlı qardaşlarımıza səmimi başsağlığı diləyirik”.

Günay Elşadqızı / METBUAT.AZ

“O gecə uşaqlar analarının belində donub ölürdü” - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR