Afrində məhv edilən terrorçuların sayı 2 mini keçib - Bölgədən son məlumat

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) apardığı "Zeytun Budağı" əməliyyatı 38-ci günündə uğurla davam edir.

Metbuat.az xəbər verir ki, TSQ-nin açıqlamasına görə, hərəkat başladığı gündən etibarən 2059 terrorçu zərərsizləşdirilib.

Əməliyyat çərçivəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına qarşı quru və hava əməliyyatları davam edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Afrinli kürd şahinləri YPG-yə qarşı vuruşacaq -"Zeytun budağı" əməliyyatı / VİDEO

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR