Bir zamanların məşhur telefonu yenidən - SATIŞA ÇIXARILIR

"Nokia 8110" əfsanəsi geri dönür. Bəs "Nokia 8110 4G"nin xüsusiyyətləri nələrdir? Nə vaxt satışa çıxacaq?

Metbuat.az xəbər verir ki, bir zamanların əfsanəvi telefonu yenidən satışa çıxarılacaq. "Nokia 8110 4G"də əməliyyat sistemi kimi YunOS yəni "Alibaba" tərəfindən ucuz mobil telefonlarda istifadə olunmaq üçün Androidin modifikasiya olunmuş versiyasından istifadə edilib.

Telefonda "Facebook", "Twitter", "Google Xəritələr", "Google Assistan", hətta məşhur ilan oyunu "Snake" də yer alır. Cihazın avadanlıq hissələrinin dəstəkləməsi halında başqa funksiyalarının da olacağı gözlənilir.

"Nokia 8110 4G" xüsusiyyətləri:

320 x 240 piksel dəqiqliyində QVGA ekran

Ön kamera yoxdur, arxasında isə 2 MP-lik bir kamera

1.1 GHZ sürətində işləyən Qualcomm 205 əməliyyat sistemi

512 MB RAM və 4 GB daxili yaddaş

1500 mAh böyüklüyündə batareya

"Nokia 8110 4G"nin qara və sarı rəngləri var. Avropada 109 dollar qiyməti olan cihazın nə vaxt satışa çıxacağı barədə rəsmi açıqlama hələ verilməyib.

Aysel Yaqubqızı / Metbuat.az

“Facebook”dan daha bir YENİLİK

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR