FHN və DSX itkin düşmüş dənizçinin - axtarışına başlayıblar

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) itkin düşmüş iranlı dənizçinin axtarışına başlayıblar.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, 25 fevral 2018-ci il tarixində axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin (Xəzər dənizinin Azərbaycana aid olan hissəsində olarkən) 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub. Məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

Bakıda kitab oğrusu saxlanıldı - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR