"Bu gün bütün düşüncələrimiz Azərbaycan xalqının yanındadır” - İsrail səfirliyi

İsrailin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə faciə qurbanlarını yad edib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" hesabında məlumat yerləşdirilib. Məlumatda deyilir: “İsrail səfirliyi Xocalı qurbanlarının xatirəsini anır. Bu gün bütün düşüncələrimiz Azərbaycan xalqının yanındadır”.

Qeyd edək ki, bu gün Xocalı faciəsinin baş verməsindən 26 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar - BƏYANAT YAYIB


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR