Play Store

Üfunət, qoxu, çirkli oturacaqlar, toz, torpaq... - Bakının "dezinfeksiya olunmuş" avtobusları

Bəzən günün bir neçə saatını ictimai nəqliyyatda keçirməli oluruq.

Gündəlik olaraq əlimizi tutduğumuz dirəklərin, oturduğumuz oturacaqların təmiz olmaması bütün sərnişinləri narahat edir. Deyilənə görə, avtobusların hər biri gündəlik olaraq dezinfeksiya edilir. Lakin bəzi marşurtlarda, xüsusilə şəhərətrafı fəaliyyət göstərən avtobuslarda nəinki natəmizlikdən, hətta iydən avtobusa daxil olmaq olmur.

Bununla bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobuslarda dezinfeksiya işləri sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməli olan tədbirlərdir:

“Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində müntəzəm sərnişindaşıma fəaliyyətini təşkil edən və bu sahəyə nəzarət edən qurumdur. Agentliyin tərkibində və ya balansında sərnişin avtobusu yoxdur və Agentlik sərnişindaşıma fəaliyyəti ilə məşğul olmur. Avtobusların dezinfeksiya işlərinə gəldikdə isə bu işlər sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməli olan tədbirlərdir. Qoyulan tələblərə cavab verən istehsalat bazasına malik daşıyıcılar tərəfindən bu iş normal qaydada icra edilir. Məlumat üçün qeyd edim ki, istehsalat bazalarının yenilənməsi onların qoyulan tələblərə uyğunlaşdırılması ilə bağlı BNA daşıyıcılar qarşısında tələb qoyub və bu tələbə uyğun olaraq bu il 7 istehsalat bazası artıq istifadəyə verilib. Yeni bazalarının yaradılması üçün də iş aparılır”.

Qeyd edək ki, avtobusda qarşılaşdığı problemlərlə bağlı sərnişinlər 141 çağrı mərkəzinə mürciət edə bilərlər.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakının nəs avtobusu -13 NÖMRƏ - Növbəti "DAYANMAYACAQ" 20 Yanvar – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.