"Qarabağ"ın qapıçısı uğurlu seriasını - davam etdirir

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Premyer Liqadakı "quru oyun"lar seriyasını 6-ya çatdırıb.

Metbuat.az PFL-ə istinadən məlumat verir ki, XVII turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniyalı sonuncu dəfə IX turda qol buraxıb. O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb.

Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İbrahimin "quru seriya"sı 562 dəqiqəyə çatıb.

Güləşçilərimiz Kiyevdəki turnirdən uğurlu nəticələrlə geri qayıdırlar -19 medalla - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR