Parisdə «Charlie Hebdo» nəşrinin redaksiyasına hücumu araşdıran komissar intihar edib

05:22 11 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 05:09 ]

Bakı-APA. Fransada «Charlie Hebdo» nəşrinin redaksiyasına törədilən hücumu ilə bağlı cinayət işini araşdıran polis komissarı Elrik Fredu intihar edib.

APA-nın “Gazeta.Ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “France 3” telekanalı məlumat yayıb.    

 

Polis rəsmisinin açıqlamasına əsasən, Fredu iş otağında xidməti silahından özünə atəş açaraq intihar edib.   

 

Məlumata görə, intihar etməzdən əvvəl o hücum zamanı redaksiyada həlak olan jurnalistlərdən birinin ailəsi ilə görüşüb.    

 

İnsidentlə bağlı araşdırma aparılır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR