Daha 55 dövlət əmlakı özəlləşdirilir - Hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi bu il martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.

Metbuat.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərraca 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsi olmaqla 55 dövlət əmlakı çıxarılıb.

İnvestorlara təklif olunan kiçik dövlət müəssisə və obyektlərinin 4-ü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Həmin əmlaklar Şirvan şəhərində, Zaqatala, AğstafaCəlilabad rayonlarında yerləşir. Onların arasında Şirvandakı Mexanizasiya Sahəsi, Zaqataladakı 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstə kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı paytaxtda, 8-i Sumqayıtda qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 - 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var. Onların özəlləşdirməyə çıxarılmış səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir.

İrlandiya – Azərbaycan matçının - vaxtı dəqiqləşib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR