Gürcüstanda Xocalı soyqırımı ilə əlaqədar qanvermə aksiyası keçirildi - FOTOLAR

Fevralın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Metbuat.az xəbər verir ki, səfirliyin binasında Xocalı faciəsini əks etdirən fotosərgi açılıb. Sərgidə Xocalı faciəsi ilə bağlı xarici mətbuatda dərc olunmuş və televiziyalarda yayımlanmış audio-video materiallar də nümayiş etdirilir.

Bundan başqa, səfirlikdə quraşdırılmış lövhədə Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib. Səhər saatlarından başlayaraq səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bu ölkədəki təmsilçiliyinin əməkdaşları, jurnalistlər, bu ölkədə yaşayan azərbaycanlılar, habelə Tbilisidə keçirilən Avrasiya çempionatında iştirak etmiş idmançılar könüllü olaraq səfirliyə gələrək qan veriblər.

Aksiyada toplanan qan Gürcüstanın qan bankına verilib.

“O gecə uşaqlar analarının belində donub ölürdü” - FOTOLAR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR