“Xocalıya ədalət üçün səylərimizi davam etdirəcəyik” – Erkan Özoral

Xocalı faciəsinin səbəbkarları ədalət qarşısında hesab verməlidirlər. Bu faciəyə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsi qarşısında hesab verməsinin vaxtı çoxdan çatıb”.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir bildirib ki, bu gün onlar özlərini qəhrəman kimi aparırlar, ancaq mütləq hesab verməlidirlər. Onları lənətləmək lazımdır: “Soyqırımı zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyirəm, Xocalı faciəsi hamımızın ağrı-acısıdır. Biz Xocalıya ədalət üçün səylərimizi davam etdirəcəyik. Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, biz Türkiyə Cümhuriyyəti olaraq Xocalı faciəsini unutmayacağıq və unutdurmayacağıq”.

“O gecə uşaqlar analarının belində donub ölürdü” - FOTOLAR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR