Dünyaca məşhur aktrisa dünyasını dəyişib - FOTOLAR

Hindistanın məşhur kino ulduzu Şridevi Kapor dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, aktrisa anidən yaranan ürəktutması nəticəsində vəfat edib. Bu haqda məlumatı onun yaxın qohumları ictimaiyyətə çatdırıblar.

Şridevinin Birləşmiş Ərəb Əmirliklərinə yaxın qohumunun toy mərasimində iştirak etmək üçün gəldiyi bildirilir.

Aktrisanın vəfatı ilə əlaqədar Hindistan prezidenti Ram Natx Kovind baş sağlığı verib.

Qeyd edək ki, Şridevi karyerası ərzində 265 filmdə çəkilib. Onların arasında ən məşhurları: “Qəmli əhvalat” (1983), “Hədiyyə” (1984), “Çandi” (1987), “Fırıldaqçı” (1987), “Məhəbbət anları” (1991), “Yolunu itirənlər” (1993).

Sərdar Məmmədov / Metbuat.az AFFA rəsmisi UEFA-nın Konqresində iştirak edir - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR