Play Store

Qeyri-adi bacarığı olan uşaq - 4 dildə istənilən mürəkkəb cümləni tərsinə səsləndirir / VİDEO

10 yaşlı Aysu Hacıyeva qeyri- adi bacarığı ilə həmyaşıdlarından fərqlənir. O, 4 dildə istənilən mürəkkəb cümləni tərsinə səsləndirir.

Metbuat.az bildirir ki, Şirvanda yaşayan və əslən Zəngilan rayonundan olan Aysu Hacıyeva 4-cü sinif şagirdidir. Onun bu qeyri-adi bacarığı bir çoxlarının təəccübünə səbəb olub.

Valideynləri deyir ki, uşağın istetadını yeni kəşf ediblər. Bir neçə gün əvvəl uşaq məktəbdən qayıdanda özündən asılı olmayaraq cümlələri tərsinə deyib.

İstedadlı uşaq təkcə azərbaycan dilində yox başqa dillərdə bacarığını göstərir. 10 yaşlı Aysu Azərbaycan dili ilə yanaşı rus, türk, və ingilis dilində səsləndirilən cümlələri əksinə çevirə bilir.

İndi valideynləri onun bacarığını başqa dillərdə də yoxlamaq istəyirlər.

Metbuat.az “Xəzər Xəbər”in hazırladığı sujeti təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR