10 il ərzində bədəninin rəngini tam dəyişdirdi - Səbəbi inanılmazdır / FOTOLAR

İngiltərənin Brighton şəhərində yaşayan Əli Ink 10 il içində qəribə bir dəyişiklik keçirib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı bağban döyməyə həvəs salaraq bədəninin hər yerinə döymə etdirib. O, 10 il ərzində bədəninin rəngini ağdan qaraya çevirə bilib.

Daimi olaraq hazırlanan döymələrlə burnunu və dodaqlarını da döymə etdirən Ink, sonda gözlərinin də rəngini dəyişdirib.

27 yaşlı gəncin açıqlamasınında bildirib ki, dərimi qapqara etmək üçün bəzi hissələri təkrar boyayıram. Məncə, kimsə mənim nə üçün belə etdiyimi anlaya bilməz. Ona görə də çox da ətraflı danışmıram. Mənə ən çox ilham verən sənətçi Pikasso olub. Onun mücərrəd dizaynlarına bayılıram və bədənimin da Picasonun mücərrəd xarakterləri kimi olmasını istəyirəm.

Sərdar Məmmədov / Metbuat.az

Əsəbi fil tutduğu adamı əzib öldürdü - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR