“Oxudum, gördüm ki, satmaq olar”

Paytaxtın Nərimanov rayonu Atatürk prospekti, 9 ünvanında yerləşən, Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq olunub.

Metbuat.az xəbər verir ki, zərərçəkən faktla bağlı Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Onun bildirdiyinə görə, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı kitabı və məişət əşyaları oğurlanıb.

16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb. Həmin şəxs istintaqa ifadəsində əməlini etiraf edib. Onun sözlərinə görə, əyri yolla əldə etdiyi kitabları şəhərin müxtəlif nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı Samir Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Samir Salmanov – Saxlanılan şəxs: “Qıfıl biraz açıq idi. Bir kitab götürüb oxudum. Gördüm ki, maraqlıdır, satmaq olar. Çantaya 300 kitab yığıb satdım. Yenə istədilər. Bu kitablardan olmadı başqalarını götürdüm. 620 kitab şəhər ətrafında payladım”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar və zəruri istintaq hərəkətləri davam etdirilir.


Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR