İki supergüc görüşür

İki supergüc görüşür
05:26 11 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərə baş naziri Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama ingilis baş nazir Devid Kameronu qəbul etməyə hazırlaşır.

Ağ Evdən verilən açıqlamada, kameronun 15-16 yanvar tarixlərində ABŞ-a səfər edəcəyi bildirilib.

Cümə günü baş tutacaq görüşdən bir gün əvvəl tərəflər iş yeməyində bir araya gələcəklər. Yanvarın 16-da isə Oval Ofisdə qarşılıqlı rəsmi görüşləri baş tutacaq.

Səfərin iki ölkə arasındakı əlaqələri daha da dərinləşdirmək və gücləndirmək məqsədi daşıdığı vurğulanır.

Açıqlamada, iki liderin beynəlxalq iqtisadiyyat, kibernetika sahəsində təhlükəsizlik, İran, İŞİD, terrorla mübarizə, Ebola və Rusiyanın Ukrayna üzərindəki təsiri mövzularının müzakirə edləcəyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR