Türkiyə Afrinlə sərhədboyu ərazilərə nəzarəti tam ələ keçirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonu ilə sərhədboyu ərazilərə nəzarəti ələ keçirib.

Metbuat.az-ın məlumatına görə, "Zeytun budağı" çərçivəsində hərbi əməliyyatları davam etdirilir.

Son sutka ərzində Afrinin qərbində, 7,8 kilometrlik ərazidə yaşayış məntəqələri azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR