Londonun “Hitrou” aeroportunda qar səbəbindən 40-dək uçuş

Avropanın ən böyük hava limanlarından biri olan Londonun “Hitrou” aeroportunda qar səbəbindən bu gün 40-a yaxın uçuş ləğv edilib.

Metbuat.az xəbər verir ki, ləğv edilən reyslər əsasən Avropadaxili uçuşlara və müxtəlif aviakompaniyalara, o cümlədən British Airways və Air Swiss-ə aiddir.

Demək olar, ölkənin bütün qış boyu müsbət temperatur və qarsız hava şəraitinin hökm sürdüyü mərkəzi rayonlarına qeyri-adi soyuqlar gəlib – uzun müddətdən sonra Londona ilk dəfə qar yağıb, havanın hərarəti -1 dərəcəyə enib.

British Airways aviaşirkətinin mətbuat üçün bəyanatında bildirilir ki, uçuşlarda fasilələr martın 2-dək davam edə bilər. Sinoptiklərin proqnozlarına görə, ölkə ərazisində həftə sonunadək əlverişsiz hava şəraiti gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR